00:00
0%
00:00

“Kürd-Ovşarı” simfonik muğamı Fikrət Əmirovun digər bu janrda olan "Şur" simfonik muğamı ilə dulogiya təşkil edir. Bu simfonik muğam Kürd-Ovşarı zərbi-muğamının xüsusiyyətlərinə əsaslanır və dörd bölmədən ibarətdir. İlk dəfə Niyazinin dirijorluğu ilə 1948-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. İstinad: “Fikrət Əmirov”, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi.